Avstraliyanın Baş Naziri Skoot Merrison koronavirusla bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, o, yeni növ koronavirusun (Covid-2019) yayılmasının qarşısını almaq məqsədi ilə xaricən ölkəyə gələn hər kəsin 14 gün müddətinə özlərini hər kəsdən təcrid etməli olduğunu bildirib. Eyni zamanda beynəlxalq sərnişin gəmilərinin Avstraliya limanlarına yaxınlaşmasını da qadağan edib.
Qeyd edək ki, Avstraliyada 3 nəfərə koronavirus səbəbindən dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı isə 250 nəfər olaraq açıqlanıb.