Ümrə ziyarətindən Türkiyəyə qayıdan bir nəfərdə koronavirus aşkarlanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla birlikdə Türkiyədə koronavirusa yoluxanların sayı 6-ya çatıb və artıq səlahiyyətli şəxslər məsələ ilə bağlı hərəkətə keçib. Onlar Ümrədən Türkiyəyə qayıdan 10330 nəfəri Ankara və Konya şəhərlərində yerləşən 5 yataqxanada karantin altına almaq qərarına gəliblər.
Onlar 14 gün müddətinə karantin altında saxlanılacaqlar.