Zərdab sakini həmkəndlilərini bıçaqlayıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Zərdab rayonunu Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı aralarında baş vermiş şəxsi münasibətlər zəminində kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.
Hər iki zərərçəkən Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Zərdab Rayon Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə. Babayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.