Koronavirusun yayılması səbəbindən Qazaxıstanda fövqəladə rejim tətbiq olunub.
Unikal.org xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev əmr imzalayıb.
“Vətəndaşların həyatını və sağlamlığını qorumaq məqsədilə ölkənin bütün ərazilərində 16 mart saat 08:00-dan 15 aprel saat 07:00-a qədər fövqəladə vəziyyət elan olunsun”, - əmrdə bildirilib.
Eyni zamanda fövqəladə rejimin tətbiq olunması məqsədilə prezident yanında dövlət komitəsi də yaradılıb.