Avstriyanın federal əyalətində koronavirus pandemiyası ilə əlaqədar “hərəkət məhdudiyyəti”, yəni, de-fakto komendant saatı elan olunub.
 
Unikal.org xəbər verir ki, ölkədə ən çox virusa yoluxanların yaşadığı bu federal əyalətin qubernatoru Qünter Platter 1,8 milyon əhalini qorumaq üçün sərt addımlar atılmasının lazım gəldiyini bildirib.
 
O, sakinlərə yalnız ən vacib hallarda (ərzaq və dərman almaq, eləcə də peşə fəaliyyəti ilə əlaqədar) evlərini tərk etməyi tövsiyə edib. Martın 15-dən qüvvəyə minən “hərəkət məhdudiyyəti” hələlik bir həftə müddəti əhatə edəcək.
 
Polis və rəsmi qurumların təmsilçilərinə insanları və avtomobilləri saxlayaraq evlərini hansı məqsədlə tərk etdiklərini araşdırmaq, tutarlı səbəb olmadıqda isə cərimələmək səlahiyyəti verilib.