Everest yüksəkliyində çətin vəziyyətdə qalan iki türk alpinist xilas edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

“Everestdə çətin vəziyyətdə qalan vətəndaşlarımız: Muhammed Emin Özyazıçı və Muratcan Kayanı helikopterin köməyi ilə dağdan endirdik. Yaxın zamanlarda onlara təyyarə ilə ölkəmizə gətiriləcək”-deyə, nazir qeyd edib.