Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı 14 mart tarixinə olan məlumatı təqdim edib.
Unikal.org xəbər verir ki, son 24 saat ərzində 13 yeni ölkədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
ÜST-nin baş direktoru Avropanın hazırda pandemiyanın episentri olduğunu bildirib. Belə ki, Çin istisna olmaqla, dünyada ən çox yoluxma və ölüm halları bu regionda müşahidə olunur.
Təsdiqlənmiş yoluxma və ölüm hallarının sayı isə belədir:
Dünyada: 142 539 yoluxma halı (9769 yeni)
5393 ölüm halı (438 yeni)
Çində: 81 021 yoluxma halı (18 yeni)
3194 ölüm halı (14 yeni)
Çinin xaricində:
61 518 yoluxma halı (9751 yeni)
2199 ölüm halı (424 yeni)
135 ölkə/ərazi (13 yeni)