İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu bildirilirdi.