ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilir.
"Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib".