Litva hökuməti koronavirus təhlükəsi ilə bağlı bu gündən martın 30-dək ölkənin bütün ərazisində karantin elan edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən müddət ərzində ölkədən çıxışa və girişə məhdudiyyət qoyulur. Yalnız yerli sakinlər, diplomatlar və NATO əməkdaşları ölkəyə daxil ola biləcəklər. Həmçinin Litva ərazisindən vətənə qayıdan əcnəbilər üçün martın 19-dək humanitar dəhliz fəaliyyət göstərəcək.
Ölkədə ərzaq və əczaçılıq dükanları istisna olmaqla ticarət şəbəkəsi də bağlanır. Bütün səviyyələrə aid təhsil müəssisələri də çalışmır. İşəgötürənlərə məsafəli iş üsuluna keçmək tövsiyə olunub. Karantin qaydalarını pozub başqalarını yoluxanlar 3 000 avroyadək cərimə oluna, ağırlaşdırıcı hallar olduqda isə 8 ilədək həbs cəzasına məhkum oluna bilər.