İranda daha 129 nəfər koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 853 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 053 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 14 991 nəfərə çatıb.

K.Cahanpur həmçinin 4 996 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.