Türkiyənin Küçükçəkmə ərazisində polislərinin keçirdiyi axtarış əməliyyat nəticəsində narkotik alveri ilə məşğul olan azərbaycanlı dəstə saxlanılıb.
Unikal.org məlumat verir ki, polis əməkdaşları şübhəli bilinən şəxsi izləyərək həbs ediblər. İlkin axtarış zamanı türk vətəndaşı olan Fərhad T. üzərindən 5 qram heroin aşkar edilib. Şübhəli istintaqa cəlb olunaraq, zərərli maddəni Azərbaycan vətəndaşı olan 31 yaşlı Azər P. adlı şəxsdən aldığını deyib.
Belə ki, polis qrupları xüsusi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Azərlə müştəri kimi əlaqə saxlayaraq onu həbs ediblər. Hadisə yerindəcə Azər P. üzərindən 1 kq 70 qram heroin, tərəzi, 14 min 462 lirə və 105 dollar ələ keçirilib. Həmçinin də, Azər P. yanında olan 25 yaşlı Günel R. adlı qadın da saxlanılıb.
Polis əməliyyatlarından sonra ədliyyəyə verilən şübhəlilərdən olan Azər P. həbs olunaraq məhkəmə tərəfindən həbsxanaya göndərilib. Günel R. və Ferhad T. məhkəmə orqanları tərəfindən sərbəst buraxılıb.