Çində baş verən və dünyada 6500-dən çox insanın ölümünə səbəb olan koronavirusun yayılması ilə əlaqədar bir çox alimlər bu xəstəliyin dərmanını və müalicəsini axtarır . Ən son virusun dərmanını Avstraliyalı alimlərindən yaxşı xəbər gəlib.
Unikal.org xəbər verir ki, Avstraliya alimləri QİÇS və malyariya xəstəliklərində istifadə olunan dərmanların koronavirusun simptomlarını müalicə edə biləcəyini ifadə ediblər.
Belə ki, alimlər mövcud iki dərmandan istifadə edərək yeni bir növ koronavirusa yoluxmuş şəxsin üzərində apardığı tibbi müalicə zamanı müsbət nəticələr əldə ediblər.