İraqın Bağdad, Kərbəla, Nəcəf və Səlahəddin şəhərlərində insanların küçəyə çıxması qadağan edilib.
Unikal.org xəbər verir ki, İraq hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə belə bir qərar qəbul edib.
Bundan əlavə, ölkədə bütün təyyarə reysləri 3 gün müddətinə təxirə salınıb. Kərbəla şəhəri ziyarətçilər üçün 10 günlük bağlanıb.