İlk olaraq Çində ortaya çıxan və dünyaya sürətlə yayılan yeni növ koronavirusdan (Covid-2019) qorunmaq üçün ölkələr müəyyən tədbirlər görməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq İsveçrədə də 19 aprel tarixinə qədər fövqəladə vəziyyət elan olunub. Qeyd edək ki, İsveçrədə koronavirusa yoluxanların sayı 2 mindən çoxdur.