Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.
Səfirlikdən Unikal.org-a verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.
Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.