Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 81 min 117, bu virus səbəbindən ölənlər sayı isə 3 min 231 nəfərə çatıb.
Unikal.org Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Xubey vilayətində baş verib.
Çin həkimləri indiyədək 68 min 679 nəfəri sağalda biliblər. Hazırda Çin üzrə 2 min 830 xəstənin vəziyyəti kritikdir.
Çindən başqa, 160 ölkədə 86 mindən çox yoluxma, 3388 ölüm faktı qeydə alınıb.