Bakıda 16 yaşlı oğlan evdən saç kəsdirmək adı ilə çıxıb, geri qayıtmayıb. 

Unikal.org-un məlumatına görə, 15.03.2020-ci il tarixdə 1962-ci il təvəllüdlü Sabunçu rayonu, Sabunçu qəsəbəsi 9-cu mədən yeni tikilidə yaşan Məmmədov Azay Əyyub oğlu 12-ci PŞ-nə ərizə yazaraq bildirib ki, 14.03.2020-ci il tarixində saat 14:00-da onunla eyni ünvanda yaşayan nəvəsi 2004-cü il təvəllüdlü  Kazımov Amin Elburus oğlu saçını kəsdirmək məqsədi ilə evdən çıxmış və bir daha geri qayıtmamışdır. 

Araşdırma Sabunçu RPİ-nin 12-Cİ PŞ-də davam etdirilir. 

Nəticəsi abarədə məlumat veriləcəkdir.