Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.
Daha sonra qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.