Hollandiyanın Baş naziri Mark Rutte efirdə xalqa müraciət edib.
Unikal.org məlumat verir ki, koronavirusun Hollandiyalıların əksəriyyətində görünəcəyini söyləyən baş nazir bu xəstəliyin qısa müddətdə bitməyəcəyini izah edib və epidemiyaya qarşı birgə mübarizə aparmağı təklif edib.
Belə ki, Mark Rutte “Vətəndaşların əksəriyyətində koronavirusa yoluxma ehtimalı çoxdur. İmmunizatorların sayı nə qədər çox olarsa, virus daha az yaşlılara və xəstələrə yayılacaq. Tutulanlar və sağalanlar bir daha xəstələnməyəcəklər. İmmuniteti zəif olanlar qorunsun” deyə xalqa müraciət edib.
Qeyd edək ki, Hollandiyada koronavirusa yoluxanların sayı 400, həyatlarının itirənlərin sayı isə 24-ə çatıb.