Gürcüstan hökuməti ölkədə qıtlıq müşahidə olunan qoruyucu maskaların istehsalına başlamağı planlaşdırır.
Unikal.org-un məlumatına görə, bunu ölkənin İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.
O bildirib ki, bununla əlaqədar olaraq ölkədəki tikiş müəssisələrinə hökumət tərəfindən maksimum yardım göstəriləcək.