Şirvanda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu həmyerlisi, 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlunu bıçaqlayıb.
Hadisə yerinə gələn Ş.Əhmədovun qardaşı, Bəxtiyar Əhmədov Ə. Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Qəribov Teymur Novruz oğlunu bıçaqlayıb.
Hər iki qardaş və Ş.Əhmədov xəstəxanaya yerləşdiriliblər.