Rusiya Federasiyasının Komi Respublikasında “Mi-8” helikopteri atəşə tutulub.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsindən bildirilib.
Helikopterin göyərtəsində 4 nəfər ekipaj üzvü olub. İlkin məlumata görə, onların heç biri xəsarət almayıb. “Mi-8” Kominin Yemva rayonundan Arxangelskinin Şies rayonuna yanacaq-sürtgü materialı daşıyırmış.
Məlumata görə, helikopterə azı 6 güllə atılıb. Pilot “Mi-8”i uğurla endirib.
Hadisə ilə bağlı cinayət işinin başladığı bildirilib.