İngiltərədə yeni növ koronavirusdan (Covid-2019) daha bir ölüm hadisəsi yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı Kraiq Ruston koronavirusa yoluxduğu müəyyənləşdikdən 6 gün sonra dünyasını dəyişib. Bu isə İngiltərədə koronavirusdan ən gənc ölüm faktı olaraq qeydə alınıb.
Xatırladaq ki, İngiltərədə yeni növ koronavirus səbəbindən ölənlərin sayı 71-ə çatıb.