Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə yayılan yeni növ koronvarius pandemiyası (Covid-2019) Yunanıstanda orduya sıçrayıb.

Unikal.org Yunanıstan KİV-nə istinadən xəbər verir ki, Türkiyə-Yunan sərhədi yaxınlığındakı Evros bölgəsindəki bir hərbi hissədə işləyən 40 yaşlı hərbçidə koronavirusa yoluxma faktı aşkar edilmişdir. 

Müalicə olunmaq üçün xəstəxanaya aparılan hərbçinin ətrafındaki əsgərlər karantin altına alınıblar.