Türkiyədə koronavirusdan daha bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"61 yaşlı kişi öldü. Koronavirusa yeni 93 yoluxma qeydə alınıb, xəstələrin ümumi sayı 191 nəfər təşkil edir", - deyə nazir  özünün "Twitter"dəki səhifəsində yazıb.

Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi dünən qeydə alınıb.