Ermənistanda martın 19-u saat 09:00-a olan məlumata əsasən, daha 5 nəfər koronavirusa yoluxub.

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb.

Qeyd edək ki, martın 16-dan Ermənistanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu qərar aprelin 14-dək qüvvədə olacaq.