Niderland Krallığında COVİD-19 virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 2 460-a, ölənlərin sayı isə 76 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutunun (RİVM) saytında bildirilib.

Xatırladaq ki, ötən gün 2 051 yoluxan və 58 ölən haqqında məlumat verilmişdi.

“Dünəndən etibarən 409 nəfərin COVİD-19 testləri müsbət nəticə verdi. Beləliklə, yoluxanların ümumi sayı 2 460 nəfərə çatıb”, - deyə açıqlamada göstərilir. Son 24 saat ərzində daha 18 nəfərin öldüyü, ölənlərin 63 ilə 95 yaş həddində olduqları da qeyd edilir.