Yeni növ koronavirusun ən geniş şəkildə yayıldığı ölkələrdən biri də İtaliyadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada artıq koronavirus səbəbindən ölənlərin sayı 3405 nəfərə çatıb. Beləliklə, İtaliyada koronavirusdan ölənlərin sayı Çini keçib. 

Xatırladaq ki, koronavirusun meydana gəldiyi ölkə olan Çində koronavirusdan 3237 nəfər dünyasını dəyişib.