İstanbulda piyadanın silahla vurulması ilə nəticələnən hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü avtomobili ilə hərəkət edərkən dayanıb və piyada ilə mübahisə etməyə başlayıb. Mübahisəyə səbəb piyadanın "tərs baxması" olub.
Nəticədə dava çıxıb və avtomobildən düşən 2 sərnişin həmin şəxsə silahla atəş açaraq yaralayıblar. Hadisə təhlükəsizlik kamerası ilə lentə alınıb.