Türkiyədə 9800 nəfər koronavirus şübhəsi ilə karantində saxlanılır.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 gün xüsusi nəzarətdə qalacaqlar.