Bakıda qonşular arasında dava baş verib.
Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb.
Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.
Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonuşlar arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.
Üçü qadın olmaqla dörd nəfər R. Əlibalanın baş nahiyəsinə üzərində mismarlar olan taxta parçası ilə zərbələr endiriblər və sonra onu ikinci mərtəbədən yerə atıblar.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.