Küveytdə məktəblərdə koronavirusa görə dörd ay tətil edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Küveyt hökumətinin sözçüsü Tarık Əl-Mezram mətbuat konfransında açıqlayıb.

O, ölkə ərazisində bütün təhsil müəssisələrində tətilin avqustun 3-dək davam edəcəyini bildirib.

Qeyd edilir ki, Küveytin təhsil müəssisələrində bundan əvvəl mart ayının 21-dək tətil elan olunmuşdu.