Müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.
Unikal.org xəbər verir ki, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul ) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.
Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir.