Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.
Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-i, Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.
Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.
Hazırda faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.