Rusiyanın bir nömrəli kriminal avtoriteti, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun ailəsi koronavirusa yoluxub.

Unikal.org qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, “vor-zakon”un həyat yoldaşı Marina Qoldberq və 15 yaşlı oğlu Daniel infeksiyaya görə analiz veriblər, cavab isə pozitiv çıxıb.

Hazırda onlar Şakronun Moskva yaxınlığındakı malikanəsində, təcrid edilmiş otaqda müalicə olunurlar.

Qeyd edək ki, “qanuni oğru”nun özü hazırda həbsxanadadır.  O, 2018 -ci ildə iki cinayətdə təqsirli bilinərək haqqında həbs qərarı verilib.