İranda iki həbsxanada məhkumların qiyamı olub.

Unikal.org Al Jazeera-ya istinadən bildirir ki, həbsxanaların ikisi də İranın şərqindəki Luristan vilayətindədir. Xürrəmabad şəhərindəki həbsxanadakı qiyam zamanı 22 məhbus qaçıb, bir məhbus həlak olub. İkinci həbsxanadakı qiyamda bir məhbus həlak olub, bir məhbus isə yaralanıb.

İlkin məlumatlara görə, qiyam qaldıranlar COVİD-19 koronavirusu pandemiyası ilə bağlı olaraq İranda müvəqqəti olaraq azad edilmiş 90 min məhbusunun arasında olmadıqlarına etiraz edənlərdir.