Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində uşaq xəstəxanasının həyətində qeydə alınıb. 32 yaşlı Zamanov İsmət Bəhmən oğlu qısqanclıq zəmnində 23 yaşlı həyat yoldaşı Zamanova Zülfiyyə qızına 4 bıçaq vuraraq öldürüb. Meyid müayinə olunması üçün rayon mərkəzinə xəstəxanasına aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.