Tovuz rayonunda bıçaqlanma olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. 

Tovuz rayon sakini, 25 yaşlı qadın mübahisə zəminində bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, gənc qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktı bağlı araşdırma aparılır.