Martın 26-da saat 23 radələrində naməlum şəxslərin paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırmaları barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılıb.

Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülüb.