Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan dezinfeksiya tətbirləri zamanı vətənaşlardan hər hansı bir ödənişin tələb olunması barəsində bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Youtube” sosial şəbəkəsindəki “ReaksiyaTV” kanalında yayılan məlumatlar həqiqəti əks etdirmir və tamamilə şər, böhtan xarakterlidir.
Rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən məumatda bildirilir ki, bu cür şantaj məqsədi daşıyan informasiyalar sırf jurnalist təxəyyülünün məhsuludur və rayon ərazisində görülən işlərin, həyata keçirilən layihələrin gözdən salınmasına və əhali arasında çaxnaşma yaratmağa hesablanmış addımdır:
"Qeyd etmək istərdik ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq rayonun kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür, Mənzil Kommunal İstismar Sahələrinin və rayon Gigiyena və Epidemilogiya Mərkəzinin əməkdaşları tərəfindən rayonda mütəmadi olaraq profilaktika və dezinfeksiya tədbirləri həyata keçirilir. Ona görə də şər və böhtan xarakterli məlumatlar yayan şəxslər barəsində RİH tərəfindən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır.
Rayon sakinlərindən isə xahiş edirik ki, həyata keçirilən dezinfeksiya tədbirləri zamanı onlardan hər hansı bir ödənişin tələb olunması faktı ilə qarşılaşsalar, bu barədə Abşeron rayon İcra Hakimiyyərtində yaradılan Operativ Qərərgaha (012-342-40-00) məlumat versinlər".