Martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Unikal.org xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Araşdırma aparılır.