Koronavirus (COVID-19) pandemiyasından zərər çəkən sahibkarlara dövlət tərəfindən aşağıdakı güzəştlər ediləcək.
Unikal.org xəbər verir ki, bu barədə Mikayıl Cabbarov prezident İlham Əliyevə məruzəsi zamanı bildirib.
1. Koronavirus (COVID-19) pandemiyasından zərər çəkən 44 min sahibkarlıq subyektlərində çalışan 304 min işçinin əmək haqları ödənilməsi üçün bir başa maliyyə dəstəyi proqramı hazırlanıb.
2. Həmçinin 292 min fərdi sahibkarlıq sahəsinə maliyyə dəstəyi göstəriləcək,
3. Sahibkarlara vergi güzəştləri və imtiyazlar ediləcək,
4. Sahibkarlıq subyektləri üçün kredit zəmanəti proqramı hazırlanır,
5. Mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi göstəriləcək.
Nazir həmçinin prezidentə bildirib ki, əhaliyə maddi dəstək göstərilməsi üçün sizə ayrıca paket təklif ediləcək.
Sosial baxımdan əhalinin həssas əhali qurupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqlarının ödənilməsi üçün müzakirələr gedir.