Özbəkistanda koronavirusa yoluxanların sayı son sutkada 6 nəfər artıb.
Unikal.org xəbər verir ki, məlumatı aprelin 2-də Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, ölkə üzrə virusa yoluxanların sayı 187-yə çatıb.
Bildirilib ki, ilk yoluxma faktı martın 15-də qeydə alınıb. Fransadan Özbəkistana qayıdan şəxsdə COVİD-19 aşkarlanıb. Aprelin 1-nə olan məlumata əsasən, Özbəkistanda COVID-19-dan 2 pasiyent ölüb.