“Biz 5 min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazırlaşmamışdıq”.
Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, imkan daxilində bütün addımlar atılır: “Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil, əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhükəlidir”.