Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə aprelin 1-i gecə saatlarında Nərimanov rayon F.Yusifov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.
Belə ki, naməlum şəxs mağazadan 454 manat dəyərində meyvə və yumurta oğurlayıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1985-ci il təvəllüdlü E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.