"YAP həmişə milli maraqları partiya maraqlarından üstün tutur"
"YAP həmişə milli maraqları partiya maraqlarından üstün tutur"

"İstər o zaman olsun, istərsə indi, digər siyasi partiyaların birləşdiyi düşərgədə isə siyasi müharibə və fəaliyyət fərqli dəyərlər üzərində qərar tuturdu. Şəxsi və partiya maraqları hər şeydən üstün tutulurdu, milli və dövlətçilik maraqları isə, əslində, mühüm əhəmiyyət kəsb etmirdi. Sözügedən düşərgədə vəziyyət bu gün də dəyişməyib".

Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib:
"Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizənin sivil ənənələrini, normalarını gətirdi. Partiya maraqlarını milli maraqlardan üstün tutmaq YAP-a həmişə yad olub. YAP müxalifətdə olanda da məhz bu dəyərlərə söykənib. Heydər Əliyevin tövsiyələri əsasında partiyamız dövlətçiliyə sədaqəti hər şeydən uca tutub. YAP müxalifətdə olarkən o vaxtki hakimiyyətin çatışmayan cəhətlərini, nöqsanlarını, qüsurlarını, yürütdüyü siyasətin mənfi tərəflərini açıq-aşkar, lakin konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bir sözlə, hələ o zaman, Ulu öndər həqiqi mənada siyasi konseptual məsələləri ortaya qoyurdu".
Fuad