Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu barədə sürücü, Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edib. O, etdiyi müraciətində bildirib ki, aprelin 5-də saat 2 radələrində, qəsəbə ərazisində onun “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturan 2 nəfər onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb gedib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.