Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılıb.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
***08:42
Şəmkirdə kişi həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.
Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.