Baş nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək.
Unikal.org xəbər verir ki, Baş nazir Əli Əsədov parlamentin aprelin 9-da keçiriləcək iclasında videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.
Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.